"İrəli" İctimayi Birliyi ilə AzQAC tərəfindən İlk Yardım təlimi keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / "İrəli" İctimayi Birliyi ilə AzQAC tərəfindən İlk Yardım təlimi keçirilib
 The Azerbaijan Red Crescent Society, in collaboration with the "İRƏLİ" Public Association, held a First Aid training

"İrəli" İctimayi Birliyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən İlk Yardım təlimi keçirilib. AzQAC-ın İlk Yardım üzrə mütəxəssisi Şahin Biləndərli tərəfindən 29 nəfərə həmin İctimayi Birliyin ofisində təlimi  keçirilib. Tədbir zamanı Dr. Şahin iştirakçılara ilk yardımın əsasları, huşsuz nəfəs alan, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmələr və yanıqlar mövzuları ətrafında geniş məlumat verib və praktiki məşğələlər nümayiş edib.

Tədbirin sonunda sertifikatlar verilib.